Rəqəmsal ideyaları işləyən məhsullara çeviririk

Təhsil və biznes üçün innovativ rəqəmsal məhsullar yaradır, onları inkişaf etdirir və davamlı həllərə çeviririk.

Biz kimik?

EZ İnnovativ Həllər təhsil və biznes sahəsində real ehtiyaclara cavab verən innovativ rəqəmsal məhsul və həllər yaradan Azərbaycan texnologiya şirkətidir. Texnologiyanı məqsəd deyil, problemləri həll edən və insanlara real dəyər yaradan vasitə kimi görürük.

İdeyalarımızı işlək rəqəmsal məhsullara çevirir, onları inkişaf etdirir və davamlı təkmilləşdiririk. Məqsədimiz yaratdığımız innovativ həlləri inkişaf etdirmək və gələcəkdə daha geniş, o cümlədən beynəlxalq bazarlara çıxarmaqdır.

Biz kimik?
70+
Müəllim
92
Dərslik üzrə
V-XI
Siniflər
7/24
Ölkənin hər yerindən əlçatan

Məhsullarımız

Təhsil və biznesin real ehtiyaclarına uyğun hazırladığımız rəqəmsal məhsul və həllərlə tanış olun.

SUALCAVAB.COM

V–XI sinif şagirdləri üçün onlayn sınaq və diaqnostik qiymətləndirmə platforması. Bilik səviyyəsini ölçür, mövzular üzrə boşluqları müəyyən etməyə və məqsədyönlü inkişaf etməyə kömək edir.

Mini-SUALCAVAB

I–IV sinif şagirdləri üçün hazırlanmış rəqəmsal təhsil və bilik qiymətləndirmə platforması. İbtidai sinif şagirdlərinin biliklərini mövzular üzrə yoxlamağa və öyrənmə prosesini sistemli şəkildə dəstəkləməyə imkan verir.

Korporativ Veb Həllər

Bizneslər üçün admin paneli olan, dinamik və tam idarəolunan korporativ veb həllər. Səhifələri, mətnləri, şəkilləri və digər kontenti proqramçıya ehtiyac olmadan idarə etməyə imkan verir.

Xidmətlərimiz

Şagirdlər, valideynlər, müəllimlər, təhsil müəssisələri və şirkətlər üçün müasir şagird biliyinin qiymətləndirməsi və rəqəmsal təhsil həlləri təqdim edirik.

Şagirdin səviyyə təsbiti və inkişaf monitorinqi

Şagirdin ilkin bilik səviyyəsini müəyyən edir, mövzu boşluqlarını aşkarlayır və dövri qiymətləndirmələrlə inkişaf dinamikasını izləyirik.

Müəllimlər üçün sınaq platformaları

Müəllimlərə buraxılış və blok imtahanları, olimpiadalar və beynəlxalq dil imtahanları üzrə platformalarımızda öz sınaqlarını hazırlamaq, yerləşdirmək və geniş şagird auditoriyasına təqdim etmək imkanı yaradırıq.

Valideyn üçün fərdi təhsil dəstəyi

Övladınızın sınaq nəticələrini təhlil edir, güclü və zəif mövzularını müəyyənləşdirir, inkişafını izləyir və növbəti addımlar üzrə sizi istiqamətləndiririk.

Fərdiləşmiş sınaqların hazırlanması

Şagird, müəllim və təhsil müəssisələrinin ehtiyacına uyğun sinif, fənn və konkret mövzular üzrə fərdiləşdirilmiş sınaqlar hazırlayırıq.

Məktəb və tədris mərkəzləri üçün bilik qiymətləndirilməsi

Şagirdlərin bilik səviyyəsini kütləvi şəkildə qiymətləndirir, nəticələri sinif, fənn və mövzular üzrə təhlil edərək analitik hesabatlar təqdim edirik.

Korporativ bilik yarışları

Şirkətlər üçün əməkdaşların bilik və məlumatlılığını ölçən, komanda iştirakını təşviq edən fərdiləşdirilmiş onlayn bilik yarışları təşkil edirik.

Sınaq platformasının müvəqqəti icarəsi

Təhsil müəssisələri, şirkətlər və digər təşkilatlara sınaq, qiymətləndirmə və bilik yarışları keçirmək üçün platformamızı müəyyən müddətə icarəyə təqdim edirik.

Korporativ veb həllər

EZINSOL əsasında şirkət və təşkilatlar üçün müasir, dinamik və admin panelli korporativ saytlar qurur, istifadəyə hazırlayır və idarəetmə dəstəyi göstəririk.

Süni intellekt və müasir texnologiyalar üzrə təlimlər

Fərdi və korporativ auditoriyalar üçün süni intellekt alətlərinin praktik istifadəsi, rəqəmsal bacarıqlar və müasir texnologiyalar üzrə təlimlər təşkil edirik.

Birlikdə böyüyürük

Bilik, təcrübə və auditoriyanı birləşdirərək qarşılıqlı fayda yaradan tərəfdaşlıq modelləri qururuq.

008

Biznes tərəfdaşlar ilə

Məhsullarımızın tanıdılmasına və daha geniş auditoriyaya çatdırılmasına dəstək verir və əldə olunan gəlirə ortaq olur.

007

"Ortaq müəllim" ilə

Təhsil kontentləri və sınaqlar hazırlayaraq müvafiq platformalarımızda yerləşdirir və həmin məhsullardan əldə olunan gəlirə ortaq olur.

Niyə bizi seçirlər?

Texnologiyanı real ehtiyaclarla birləşdirərək praktik, əlçatan və inkişaf etdirilə bilən həllər yaradırıq.

Təhsil və texnologiyanın vəhdəti

Təhsil təcrübəsini müasir rəqəmsal texnologiyalarla birləşdirərək öyrənmə və qiymətləndirmə üçün yeni imkanlar yaradırıq.

Real ehtiyacdan yaranan həllər

Məhsul və xidmətlərimizi istifadəçilərin real problemlərini və ehtiyaclarını nəzərə alaraq hazırlayırıq.

Əlçatanlıq

Rəqəmsal həllərimizin geniş auditoriya üçün əlçatan, istifadəsi rahat və praktik olmasına xüsusi önəm veririk.

Davamlı inkişaf

Məhsul və xidmətlərimizi istifadəçi ehtiyacları, yeni ideyalar və texnoloji imkanlar əsasında davamlı olaraq təkmilləşdiririk.

Bizimlə əlaqə saxlayın

İdeya və təkliflər • Endirim və kampaniyalar • Müəllim tərəfdaşlığı • Biznes ortaqlığı

Bizə yazın