Fərdiləşmiş xidmətlərimiz

Təhsil, qiymətləndirmə, rəqəmsal həllər və inkişaf istiqamətlərində fərdi və korporativ ehtiyaclara uyğun xidmətlər təqdim edirik.

Şagirdin səviyyə təsbiti və inkişaf monitorinqi

Şagirdin ilkin bilik səviyyəsini müəyyən edir, mövzu boşluqlarını aşkarlayır və dövri qiymətləndirmələrlə inkişaf dinamikasını izləyirik.

Müəllimlər üçün sınaq platformaları

Müəllimlərə buraxılış və blok imtahanları, olimpiadalar və beynəlxalq dil imtahanları üzrə platformalarımızda öz sınaqlarını hazırlamaq, yerləşdirmək və geniş şagird auditoriyasına təqdim etmək imkanı yaradırıq.

Valideyn üçün fərdi təhsil dəstəyi

Övladınızın sınaq nəticələrini təhlil edir, güclü və zəif mövzularını müəyyənləşdirir, inkişafını izləyir və növbəti addımlar üzrə sizi istiqamətləndiririk.

Fərdiləşmiş sınaqların hazırlanması

Şagird, müəllim və təhsil müəssisələrinin ehtiyacına uyğun sinif, fənn və konkret mövzular üzrə fərdiləşdirilmiş sınaqlar hazırlayırıq.

Məktəb və tədris mərkəzləri üçün bilik qiymətləndirilməsi

Şagirdlərin bilik səviyyəsini kütləvi şəkildə qiymətləndirir, nəticələri sinif, fənn və mövzular üzrə təhlil edərək analitik hesabatlar təqdim edirik.

Korporativ bilik yarışları

Şirkətlər üçün əməkdaşların bilik və məlumatlılığını ölçən, komanda iştirakını təşviq edən fərdiləşdirilmiş onlayn bilik yarışları təşkil edirik.

Sınaq platformasının müvəqqəti icarəsi

Təhsil müəssisələri, şirkətlər və digər təşkilatlara sınaq, qiymətləndirmə və bilik yarışları keçirmək üçün platformamızdan müəyyən müddət istifadə imkanı təqdim edirik.

Korporativ veb həllər

EZINSOL əsasında şirkət və təşkilatlar üçün müasir, dinamik və admin panelli korporativ saytlar qurur, istifadəyə hazırlayır və idarəetmə dəstəyi göstəririk.

Müəllim tapmağa dəstək

Şagird və valideynlərə ehtiyaclarına uyğun onlayn müəllimlərin tapılması və seçimində ödənişsiz istiqamətləndirmə dəstəyi göstəririk.

Süni intellekt və müasir texnologiyalar üzrə təlimlər

Fərdi və korporativ auditoriyalar üçün süni intellekt alətlərinin praktik istifadəsi, rəqəmsal bacarıqlar və müasir texnologiyalar üzrə təlimlər təşkil edirik.